06 mart 2026 00:06
99

Rusiyanın itkiləri açıqlandı - 1471-ci gün

Ukrayna müharibənin 1471-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 270 400 hərbçi, 11 727 ədəd tank, 24 142 ədəd zirehli döyüş maşını, 37 915 ədəd artilleriya sistemi, 1 667 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 319 hava hücumundan müdafiə sistemi, 435 ədəd hərbi təyyarə, 348 ədəd helikopter, 81 434 ədəd avtomobil texnikası, 158 381 ədəd PUA, 4 384 qanadlı raket, 30 gəmi/kater, 2 sualtı qayıq, 4 079 xüsusi avadanlıq itirib.