05 mart 2026 20:25
111

Antalya şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku keçiriləcək

7–8 mart tarixlərində Türkiyənin Antalya şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku keçiriləcək.

Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 10 çəki dərəcəsində 22 cüdoçu (3 oğlan, 19 qız) ilə təmsil olunacaq. Milli komandamıza yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.

Turnirdə 22 ölkədən 578 idmançı (342 oğlan, 243 qız) mübarizə aparacaq. Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Arzu Acalova da yer alacaq.

Heyəti təqdim edirik:

Oğlanlar

-50 kq

Fərid Rzazadə

Ülvi Cəlilzadə

-81 kq

Mehdi Məhəmmədəli

Qızlar

-40 kq

Sunay Salamova

Zəhra Quliyeva

-44 kq

Nigar Heydərzadə

Pərvin Sevxanlı

Fatimə Abdullayeva

Ayan Həsənli

-48 kq

Könül Eyvazlı

Fatimə Fərmanzadə

-52 kq

Tövsiyyə Babayeva

Məleykə Mürsəliyeva

-57 kq

Səma Vəlizadə

Yağmur Əhmədzadə

Səmayə Yusifli

-63 kq

Zilan Hüseynli

Pəri Məmmədli

Türkan Məmmədli

-70 kq

Məsumə Məmmədli

Rəna Əhmədova

+70 kq

Zemfira Əliyeva