06 mart 2026 14:27
164

"Singapore Airlines" Dubaya bütün uçuşları ləğv edib

Sinqapurun milli aviadaşıyıcısı olan "Singapore Airlines", Yaxın Şərq hava məkanının bağlanması səbəbindən 15 mart tarixinə qədər Dubaya (BƏƏ) bütün uçuşları ləğv edib.

“İki sahil” xəbər verir ki,  bu barədə "The Straits Times" qəzeti xəbər verir.

Bundan əlavə, Sinqapurdan Səudiyyə Ərəbistanının Ciddə şəhərinə uçuşlar 10 mart tarixinə qədər ləğv edilib.

Bildirilib ki, Yaxın Şərqdə vəziyyət qeyri-sabit qaldığı üçün Sinqapur Hava Yollarının digər uçuşlarına da təsir göstərə bilər.