07 mart 2026 18:11
113

Müharibələrə və fəlakətlərə hazırlıq: Türkiyədə 16 yeni idarə rəhbəri təyin edilib

Türkiyə hökumətinin qərarı ilə Milli Müdafiə Nazirliyi istisna olmaqla, bütün nazirliklərdə fövqəladə hallar və müdafiə ilə bağlı Planlaşdırma İdarəsinin yeni rəhbərləri təyin edilib.

“İki sahil” xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan müvafiq sənədin mətni şənbə günü Türkiyə Nazirlər Kabinetinin rəsmi qəzeti olan “Resmi Gazete”də dərc edilib.

16 dövlət qurumunda yerləşən bu idarələr hələ 2025-ci ilin oktyabr ayında müharibəyə hazırlıq, səfərbərlik, mülki müdafiə, eləcə də təbii fəlakət və fövqəladə hallarla bağlı tapşırıq və prosedurların icrasının monitorinqi və əlaqələndirilməsi məqsədilə təsis edilib.

Fövqəladə hallar və müdafiə ilə bağlı Planlaşdırma İdarəsinin vəzifələrindən biri Prezident Administrasiyasının lazımi məlumatlarla təmin edilməsi, eləcə də nazirlər tərəfindən qoyulan vəzifələrin yerinə yetirilməsidir.