07 mart 2026 21:05
99

Tramp narkokartellərə qarşı mübarizə koalisiyasının yaradıldığını elan edib

ABŞ Prezidenti Donald Tramp narkokartellərə qarşı yeni hərbi koalisiyanın yaradıldığını elan edib.

“İki sahil” "Reuters"ə istinadən xəbər verir ki, Tramp bunu Floridada keçirilən "Amerikanın Qalxanı" sammitində bildirib.

Onun sözlərinə görə, yeni alyansa rəsmən 17 dövlət qoşulub.