Ağ Ev rəhbəri Donald Tramp ABŞ-İsrail əməliyyatı fonunda Rusiyanın İrana mümkün yardımına münasibət bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə Tramp mətbuat konfransında danışıb.
Amerika liderindən Moskvanın İranı hər hansı bir şəkildə dəstəkləməsi barədə bir şey bilib-bilmədiyi soruşulub və Tramp cavabında "bunu düşünmək üçün heç bir səbəbi olmadığını" deyib.
"Əgər belədirsə, deməli, onlar öz işlərini çox yaxşı görmürlər, çünki İran öz işini çox yaxşı görmür", - deyə o əlavə edib