İsrailin İranın Fərdis şəhərindəki neft anbarına hücumu zamanı 6 nəfər ölüb, 21 şəxs yaralanıb.
“İki sahil” İran mediasına istinadən xəbər verir ki, bu barədə Əlborz qubernatorluğu məlumat yayıb.
Bildirilib ki, ABŞ və İsrail neft anbarına hücumları qırıcı təyyarələr vasitəsilə həyata keçirib. "Ölən və yaralananlar arasında yaxınlıqda yaşayan dinc sakinlər də var" , - məlumatda qeyd olunub.
Əlavə edilib ki, qabaqlayıcı tədbirlər sayəsində yanacaq təchizatı şəbəkəsinin dayanıqlılığı qorunub.
Rusiya FSB Ukraynanın Moskvada təxribat və terror hücumlarının qarşısını aldığını açıqlayıb
Sevastopolda yaşayış binasında partlayış nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb
Sioni Katedralında ziyarətçi axını səngimir – dəfn mərasimləri 40 gün davam edəcək