Böyük Britaniya 2030-cu ilə qədər ilk hipersəs raketinin prototipini təqdim etməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, bunu Böyük Britaniya müdafiə nazirinin müavini Lyuk Pollard bildirib.
Pollard yazılı cavabında qeyd edib ki, Böyük Britaniya Müdafiə Nazirliyinin hipersəs proqramı 2030-cu ilə qədər nümayiş silahının hazırlanmasını hədəfləyir.
Bundan əvvəl Böyük Britaniya Müdafiə Nazirliyi Londonun 2026-cı ildə digər Avropa ölkələri ilə birlikdə yeni növ yüksək dəqiqlikli və hipersəs silahların hazırlanmasına 400 milyon funt sterlinq xərcləyəcəyini açıqlamışdı.
Rusiya FSB Ukraynanın Moskvada təxribat və terror hücumlarının qarşısını aldığını açıqlayıb
Sevastopolda yaşayış binasında partlayış nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb
Sioni Katedralında ziyarətçi axını səngimir – dəfn mərasimləri 40 gün davam edəcək