09 mart 2026 18:54
110

Makron: Kiprin müdafiəsi Fransa və Avropa üçün mühüm məsələdir

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Kiprin təhlükəsizliyi yalnız bu ölkə üçün deyil, həm də Avropa üçün mühüm əhəmiyyət daşıyır.

“İki sahil” xəbər verir ki, o, bu fikirləri adaya səfəri zamanı səsləndirib.

Makron çıxışında qeyd edib ki, Kiprin müdafiəsi həm ölkənin özü, həm də onun tərəfdaşı olan Yunanıstan üçün əsas məsələlərdən biridir. Onun sözlərinə görə, Fransa və bütövlükdə Avropa İttifaqı da bu təhlükəsizlik məsələsinə xüsusi önəm verir.

Fransa prezidenti Kiprə tam həmrəylik ifadə etdiyini vurğulayaraq bildirib: “Əgər Kipr hücuma məruz qalırsa, bu, əslində Avropaya qarşı hücum deməkdir.”

Xatırladaq ki, martın 2-nə keçən gecə Kiprdə yerləşən hərbi hava bazasının yaxınlığında partlayış baş verib. Daha sonra Böyük Britaniyanın Müdafiə Nazirliyi pilotsuz uçuş aparatının bazaya zərbə endirdiyini təsdiqləyib.