09 mart 2026 20:23
144

MPL: “Zirə” “Kəpəz”lə oyunda 1 xal qazandı

Misli Premyer Liqasının 23-cü turunda "Zirə" Kəpəz"i qəbul edib.

İki sahil” yazır ki, yarışın 5-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Eren Aydın hesabı açsa da 32-ci dəqiqədə Rauf Hüseynli qonaqların bərabərlik qolunu vurub. 51-ci dəqiqədə isə Dioqo Verdaska “Kəpəz”i hesabda önə çıxarıb.

Qarşılaşmada son nöqtəni 90+7-ci dəqiqədə “Zirə”ni məğlubiyyətdən xilas edən Ruan Renatov vurub - 2-2.

Misli Premyer Liqası,

23-cü tur,

9 mart

18:30. “Zirə” 2–2 “Kəpəz”

Qollar: Eren Aydın, 5 (1-0), Rauf Hüseynli, 32 (1*-1), Dioqo Verdaska, 51 (1-2), Ruan Renatov, 90+7 (2-2)

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Alik Yunusov

VAR: Elvin Bayramov

AVAR: Cavid Cəlilov

Zirə İdman Kompleksinin stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”