Azərbaycan İdman Akademiyası (ASA) ilə İndoneziyanın INTI Beynəlxalq Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb.
“İki sahil” xəbər verir ki, görüşdə ASA-nı tədris işləri üzrə prorektor Ülkər Babayeva, ümumi işlər üzrə prorektor Taleh Qələndərli və Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentinin beynəlxalq əməkdaşlıq və layihələrlə iş şöbəsinin müdiri Həsən İbrahimli təmsil ediblər.
Memorandum tərəflər arasında tədris, elmi fəaliyyət və beynəlxalq əlaqələr sahələrində əməkdaşlığı nəzərdə tutur. Eyni zamanda, ASA və INTI ali təhsil müəssisələri üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq reytinqlər istiqamətində əməkdaşlıq edəcək, professor-müəllim heyətinin və tədqiqatçıların, həmçinin fizioterapiya və idman menecmenti ixtisasları üzrə bakalavr tələbələrinin mübadiləsini həyata keçirəcəklər. Bununla yanaşı, birgə seminar və konfranslar təşkil olunacaq.
Qeyd edək ki, sözügedən memorandum ASA-nın Cənub-Şərqi Asiya regionunda yerləşən universitetlərlə imzaladığı ilk əməkdaşlıq sənədidir.
Qarabağ və Şərqi Zəngəzurdakı işəgötürənlərlə məşğulluq məsələləri müzakirə edilib
YAP Qaradağ rayon təşkilatında partiyaya yeni qəbul olunan üzvlərlə görüş keçirilib