Beynəlxalq Enerji Agentliyi (IEA) Yaxın Şərq münaqişəsi fonunda artan neft qiymətlərini məhdudlaşdırmaq üçün strateji ehtiyatlardan rekord miqdarda neft çıxarmağı təklif edir.
“İki sahil” xəbər verir ki, bu barədə "The Wall Street Journal" xəbər yayıb.
Məlumata görə, bu həcm 2022-ci ildə Rusiya-Ukrayna münaqişəsinin başlanğıcında Beynəlxalq Enerji Agentliyi ölkələri tərəfindən buraxılan 182 milyon bareli keçəcək.
Qərarın bu gün verilməsi gözlənilir. Bildirilib ki, əgər qərar IEA-nın 32 ölkəsi tərəfindən dəstəklənərsə, təklif təsdiqlənəcək.
Əlavə edək ki, IEA üzv ölkələri 1,2 milyard bareldən çox strateji neft ehtiyatına, eləcə də 600 milyon barel dövlətə məxsus sənaye ehtiyatlarına malikdir.
KOB subyektləri məhz inkluziv artımın və davamlı inkişafın təmin olunmasında mühüm rol oynayır
Ələt azad iqtisadi zonası, sənaye parkları, işğaldan azad olunmuş ərazilərdə vergi güzəştləri qüvvədədir