11 mart 2026 13:08
102

Fon der Lyayen Rusiyanın enerji resurslarına QAYIDIŞ İDEYASINI TƏNQİD EDİB

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Yaxın Şərqdəki münaqişədən qaynaqlana biləcək enerji böhranı fonunda Rusiyanın enerji resurslarının alınmasına qayıtmaq təklifini şərh edib. Onun sözlərinə görə, belə bir ssenari Avropa İttifaqını təmin etməyəcək, əksinə onu "daha zəif" və "daha həssas" edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Fon der Lyayen qeyd edib ki, mövcud böhran şəraitində bəzi siyasətçilər Avropa İttifaqının uzunmüddətli enerji strategiyasından imtina edib Rusiyanın enerji resurslarına qayıtmağı təklif edirlər.

O, bildirib ki, hazırkı böhran şəraitində bəziləri deyir ki, biz uzunmüddətli strategiyamızdan imtina etməli və hətta Rusiyanın enerji resurslarına qayıtmalıyıq. Bu, strateji səhv olardı. Bu, bizi daha asılı, daha həssas və daha zəif edər.

Fon der Lyayenin sözlərinə görə, Avropa İttifaqı enerji təhlükəsizliyini təmin etmək üçün alternativ mənbələr və diversifikasiya siyasətini davam etdirməlidir.