“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan xarici vətəndaşların təxliyəsi davam edir.
“İki sahil” xəbər verir ki, növbəti mərhələdə 36 İndoneziya vətəndaşı “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə edilərək Azərbaycan ərazisinə daxil olub. Təxliyə olunanlar arasında 3 diplomat, tələbələr və ailələr də var.
Onlar sərhəd buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsizlik qaydalarına uyğun şəkildə ölkə ərazisinə buraxılıblar.
Qarabağ və Şərqi Zəngəzurdakı işəgötürənlərlə məşğulluq məsələləri müzakirə edilib
YAP Qaradağ rayon təşkilatında partiyaya yeni qəbul olunan üzvlərlə görüş keçirilib