11 mart 2026 21:21
118

Azərbaycanın iki qadın güləşçisi Avropa çempionatının finalına yüksəlib

Bu gün Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında qadın güləşçilər mübarizəyə başlayıblar.

“İki sahil” xəbər verir ki, 55 kiloqramda çıxış edən Azərbaycan təmsilçisi Gültəkin Şirinova yarımfinalda moldovalı Mihaela Samoli qarşılaşıb.

Gərgin və maraqlı keçən görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb.

Günay Qurbanova isə (59 kiloqram) rumıniyalı Ana Mariya Puyunu üstələyərək həlledici raunda vəsiqə qazanıb.