12 mart 2026 10:11
116

Avropa Liqasında 1/8 final oyunları başlayır

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start veriləcək.

“İki sahil” xəbər verir ki, matçlar Bakı vaxtı ilə saat 21:45 və 00:00-da başlayacaq.

Qeyd edək ki, bu raundun cavab qarşılaşmaları martın 19-da keçiriləcək.

Avropa Liqası

1/8 final, ilk oyunlar

12 mart

21:45. "Lill" (Fransa) – "Aston Villa" (İngiltərə)

21:45. "Ştutqart" (Almaniya) – "Portu" (Portuqaliya)

21:45. "Bolonya" (İtaliya) – "Roma" (İtaliya)

21:45. "Panatinaikos" (Yunanıstan) – "Betis" (İspaniya)

00:00. "Selta" (İspaniya) – "Lion" (Fransa)

00:00. "Nottinqem Forest" (İngiltərə) – "Midtüllann" (Danimarka)

00:00. "Genk” (Belçika) – "Frayburq" (Almaniya)

00:00. "Ferensvaroş" (Macarıstan) – "Braqa" (Portuqaliya).