13 mart 2026 14:40
88

Tramp G7 liderlərinə İranın tezliklə təslim olacağını vəd edib - "Axios"

G7 liderlərinin virtual görüşündə ABŞ Prezidenti Donald Tramp bildirib ki, «İran tezliklə təslim olmağa yaxındır».

“İki sahil” xəbər verir ki, bu barədə Axios nəşri G7 ölkələrinin yüksək vəzifəli üç rəsmisinə istinadla məlumat yayıb.

Nəşr qeyd edir ki, Tramp virtual sammit zamanı İrana qarşı aparılan münaqişənin nəticəsinə səmimi şəkildə əmin görünüb, baxmayaraq ki, İran hələ də qaçılmaz məğlubiyyət və ya daxili çökmə əlamətləri göstərmir.

"Axios"un mənbələrinə görə, Tramp görüşdə “Epik qəzəb” əməliyyatının uğurlarını böyük həvəslə danışıb və qeyd edib ki, Tehranda təslimiyyət elan etmək səlahiyyəti olan şəxs yoxdur. Mənbələr Trampın sözlərini belə sitat gətiriblər: «Heç kim bilmir lider kimdir. Ona görə də təslimiyyəti elan edə biləcək heç kim yoxdur".