Hazırda qlobal müzakirələrin mərkəzində ABŞ və Çin arasındakı strateji qarşıdurmalar dayanır və biz artıq bu rəqabətin fəsadlarını müşahidə edirik. İstehsal zəncirlərinin digər ölkələrə köçürülməsi və Çinin Avropadan asılılıq məsələləri bu prosesin əsas elementləridir.
“İki sahil” xəbər verir ki, bunu Monteneqronun sabiq müdafiə naziri Militsa Peyanoviç-Durişiç XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Rəqəmsal gələcək: süni intellekt, idarəetmə və innovasiyanın etikası” mövzusundakı panel iclasında deyib.
Militsa Peyanoviç-Durişiç müasir dövrdə innovasiya ekosistemlərinin rəqabətqabiliyyətliliyin qorunmasında həlledici rol oynadığını vurğulayıb. Onun fikrincə, texnoloji proseslərin mürəkkəbliyi elə bir həddə çatıb ki, istehsalın tam dövrəsini tək bir ölkədə cəmləşdirmək qeyri-mümkündür.
"İstehlakçı platformaları və elmi əməkdaşlıq sahəsində müəyyən inteqrasiya və uyğunluq qalsa da, güclü rəqabət ekosisteminə malik olmayan ölkələr böyük güclərin tərəfdaşlıq qərarlarının qurbanına çevrilmək riski ilə üz-üzədir. Görünən odur ki, texnoloji qərarlar bundan sonra geosiyasətə daha sıx şəkildə bağlı olacaq", - deyə o bildirib.
Silvana Koch-Meyr: Süni intellektin idarəsi çevik və etibarlı tənzimləmə mexanizmləri tələb edir
Parlamentlərarası İttifaqın prezidenti: Süni intellektin insan hüquqlarına mənfi təsiri nəzərə alınmalıdır
Süni intellektin idarəsində fövqəladə dayandırma mexanizmlərinin olması əhəmiyyətlidir