ABŞ və İsrailin hücumlarına məruz qalan İranda əhaliyə xidmətlərdə fasilə yaranmayıb.
“İki sahil” xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian "X"dəki hesabında yazıb.
"15 günlük qəddar müharibədən sonra nəqliyyat, rabitə və s. ilə bağlı problemlərə baxmayaraq, əhaliyə xidmətlərin göstərilməsində ciddi fasilələr olmadı" , - o deyib.
Prezident əlavə edib ki, İran xalqı bütün çətinliklərin öhdəsindən gələcək: "Dağıdılmış hər şeyi əvvəlkindən daha yaxşı bərpa edəcəyik".
با گذشت ۱۵ روز از جنگ تحمیلی ظالمانه علیرغم مشکلات حمل و نقل، ارتباطات و ... به لطف همکاران ما در دولت وقفه جدی در خدمت رسانی به مردم ایجاد نشده است. با همراهی شما مردم نجیب ایران این شرایط را سپری خواهیم کرد و هرچه را که ویران کردهاند بهتر از قبل خواهیم ساخت. #دولت_پای_کار_مردم
— Masoud Pezeshkian (@drpezeshkian) March 14, 2026