15 mart 2026 00:40
97

İranın XİN başçısı: Rusiya və Çinlə hərbi əməkdaşlıq davam edir

Rusiya ilə Çin İranın strateji tərəfdaşıdır və ölkələr arasında əməkdaşlıq davam edir.

“İki sahil” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi MSNBC-yə müsahibəsində deyib.

"Rusiya və Çin ilə hərbi əməkdaşlıq da edirik",- Əraqçi bildirib. Bununla belə, o, münasibətlərin yaxşı səviyyədə olub-olmadığı ilə bağlı suala cavab verməyib.