Ukrayna Prezidenti Volodimir Zelenski Fransa lideri Emmanuel Makronla Kiyevə SAMP/T zenit-raket komplekslərinin verilməsi barədə razılıq əldə edildiyini bildirib.
“İki sahil” "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.
V.Zelenskinin sözlərinə görə, danışıqların əsas mövzusu ABŞ-nin "Patriot" sistemlərinə alternativ olub. SAMP/T ballistik raketləri əngəlləyə bilən yeganə Avropa sistemidir.
"Biz bu il yeni SAMP/T sistemlərinin ballistik raketləri vurub-vurmadığını görəcəyik", - deyə Zelenski qeyd edib.
O, həmçinin vurğulayıb ki, sınaqlar uğurlu olarsa, Kiyev yeni komplekslərin alınması növbəsində birinci olacağını gözləyir.