16 mart 2026 21:44
108

Ermənistan müxalifəti baş nazir postuna Köçəryanın namizədliyini irəli sürüb

"Ermənistan" bloku qarşıdakı parlament seçkilərinə ölkənin sabiq prezidenti Robert Köçəryanın rəhbərliyi ilə qatılacaq.

“İki sahil” Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bunu parlamentdə "Ermənistan" fraksiyasının deputatı Anna Qriqoryan açıqlayıb.

Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı il iyunun 7-də keçiriləcək.