17 mart 2026 11:11
102

Türkiyədən Azərbaycana səfər edənlərin sayı açıqlanıb

2026-cı ilin yanvar ayında Türkiyədən Azərbaycana 36,5 mindən çox vətəndaş səfər edib.

“İki sahil” xəbər verir ki,  bu barədə Dövlət Turizm Agentliyinindən bildirilib.

Qeyd olunub ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,5 faiz çoxdur.

Qeyd edək ki, 2025-ci il ərzində ümumilikdə bu ölkədən səfər edənlərin sayı illik ifadədə 6,9 faiz artaraq 455,8 mini üstələyib.