Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Cəlilabad Rayon İcra Hakimiyyəti və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə Cəlilabad rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə dövlət qurumlarının və özəl maliyyə təşkilatlarının nümayəndələrinin iştirakı ilə kənd təsərrüfatı sektorunda tətbiq olunan dövlət dəstəyi mexanizmləri, fermer və sahibkarların mövcud imkanlardan daha səmərəli istifadə etməsi, eləcə də aqrar sahədə biznes mühitinin inkişafı istiqamətində geniş fikir mübadiləsi aparılıb.
Tədbirdə çıxış edən Rafiq Cəlilov qeyd edib ki, regionlarda kənd təsərrüfatının inkişafı və fermerlərin məlumatlılıq səviyyəsinin artırılması üçün bu cür maarifləndirici tədbirlərin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. O, aqrar sahəyə göstərilən dövlət dəstəyi tədbirləri barədə məlumatlandırma prosesinin fermer və sahibkarların fəaliyyətinin genişləndirilməsinə mühüm töhfə verdiyini vurğulayaraq, bölgələrdə təşkil olunan panel müzakirələrini müsbət qiymətləndirib.
Aqrar İnnovasiya Mərkəzinin direktoru çıxışında bildirib ki, 2025-ci ildə bölgələrdə təşkil olunan Aqrar Biznes Festivalları çərçivəsində 14 rayonda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələri keçirilib. Onun sözlərinə görə, cari ildə Quba, Qusar, Oğuz, Qax və Cəlilabad rayonlarında təşkil olunan tədbirlər də daxil olmaqla, ümumilikdə bu günədək 19 panel müzakirə baş tutub. Bu tədbirlərin əsas məqsədi fermer və sahibkarları dövlətin təqdim etdiyi dəstək alətləri barədə məlumatlandırmaq, onların qarşılaşdıqları problemləri dinləmək və müvafiq qurumlarla birbaşa dialoq platforması yaratmaqdır.
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində keçirilən panel müzakirədə Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu, Dövlət Məşğulluq Agentliyi, Peşə Təhsili Dövlət Agentliyi, Aqrar İnnovasiya Mərkəzi, Azərbaycan Biznesinin İnkişafı Fondu, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Vergi Xidməti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və “Unibank” ASC-dən nümayəndələr iştirak edib.
Panel müzakirəsi çərçivəsində fermer və sahibkarları maraqlandıran suallar cavablandırılıb, tədbir iştirakçılarına dövlət proqramları və mövcud dəstək alətləri barədə ətraflı məlumat veriblər.
Tədbir zamanı dövlət-özəl tərəfdaşlığı çərçivəsində fermer və sahibkarlar üçün mövcud olan güzəştli kredit imkanları, subsidiya mexanizmləri, aqrar sığorta sistemi, dövlət məşğulluq proqramları, qida təhlükəsizliyi və sertifikasiya tələbləri, həmçinin su ehtiyatlarından səmərəli istifadə və vergi güzəştləri barədə məlumatlar təqdim edilib.
ASAN Süni İntellekt platforması vasitəsilə ABAD-da xidmətlərin EFFEKTİVLİYİ VƏ OPERATİVLİYİ TƏKMİLLƏŞDİRİLƏCƏK - ÖZƏL
Mikro sahibkarlar vergi və mühasibat uçotu sahəsində təcrübə çatışmazlığı ilə qarşılaşır - Vüsal Arzumanlı