17 mart 2026 20:26
109

İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı...

Bu günə qədər İsrail Müdafiə Ordusunun hücumları nəticəsində Livanda ölənlərin sayı 912 nəfərə çatıb.

“İki sahil”  "Al Jazeera"yə istinadla xəbər verir ki, bu, Livanın Səhiyyə Nazirliyinin məlumatlarında bildirilib.

"Martın 2-dən 17-dək İsrailin Livana endirdiyi zərbələr 912 nəfərin həyatına son qoyub, 2 221 nəfər isə yaralanıb. Bu eskalasiya regionda daha genişmiqyaslı ABŞ-İsrail əməliyyatının bir hissəsidir, Livanın cənubunda və Beyrutda əhalinin kütləvi yerdəyişməsi barədə xəbərlər daxil olur", - məlumatda vurğulanıb.

Qeyd olunub ki, Yaxın Şərqdə gərginliyin artması genişmiqyaslı humanitar böhrana gətirib çıxarıb - yüz minlərlə insan məcburi olaraq evlərini tərk edir.