17 mart 2026 20:21
216

Daşkəsəndə Novruz bayramı qeyd olunub

Daşkəsən Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə Heydər Əliyev meydanında keçirilən Novruz bayramı tədbirində RİH-nin başçısı Orxan Abbasov, Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə veteranları, qazilər, sakinlər, rayon ictimaiyyətinin nümayəndələri və qonaqlar iştirak ediblər.

“İki sahil” xəbər verir ki, tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra  
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov şəhid ailəsi üzvləri və qazilərlə birgə bayram tonqalını alovlandırıb və təbrik nitqi söyləyib.

Sonra ululuq və ağsaqqallıq rəmzi Dədə Qorqud, saflıq simvolu Bahar qızı, Novruz bayramının əsas personajları kosa və keçəl maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar. Həmçinin, xalq sənətkarlığı və milli mətbəx nümunələri sərgilənib.

Yüksək təmtəraqla keçirilən ümumrayon şənliyi el aşıqlarının və musiqiçilərin ifaları, rəqslər, idmançıların müxtəlif idman nömrələri  və rəngarəng əyləncəli proqramlarla yekunlaşıb.