Azərbaycandan İrana göndərilən növbəti humanitar yardım yola salınıb.
“İki sahil” xəbər verir ki, yolasalmada iştirak edən İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu göndərilən humanitar yardım üçün Azərbaycana təşəkkür edib.
Səfir bildirib:
"Prezident İlham Əliyevə təşəkkür edirəm ki, İrana bu cür vəziyyətdə humanitar yardım göstərib. Bu da bizim müştərək mədəniyyətimizdən xəbər verir. Novruz bayramı ərəfəsində bu xoş niyyət olduqca təqdirəlayiq. Çox xoş və sevindirici haldır ki, yardıma ilk Azərbaycan qoşuldu. Bu da bizim üçün olduqca əhəmiyyətlidir".