İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən “Startup School 4: Five Continents - 500 Startups” proqramına qoşulan yerli və qlobal tərəfdaşların sayı sürətlə artır.
“İki sahil” xəbər verir ki, bu proqram 5 qitəni - Amerika, Afrika, Avropa, Asiya və Avstraliyanı əhatə edərək qlobal innovasiya ekosistemləri arasında əməkdaşlığın genişləndirilməsinə yönəlib.
“Beş qitə- 500 startap” devizi ilə keçirilən layihəyə yerli ekosistemdən “Caucasus Ventures”, Aqrar İnnovasiya Mərkəzi, “Founder Club”, “SABAH.HUB”, “İnnoland”, “Yeni Fikir”, “Coders Azebaijan”, “BERC Group” və digər tərəfdaşlar qoşulub.
“Startup School 4” layihəsinin qlobal tərəfdaşları:
Amerika ekosistemindən “Synapses Ventures” (ABŞ), “TechDev Academy” (ABŞ);
Asiya ekosistemindən “Silk Road High-Tech Industrial Park Association”-SRHPA (Çin), “Khyber Pakhtunkhwa Board of Investment and Trade” (Pakistan), ATUİAB – Azərbaycan Türk Özbəkistan İş Adamları Birliyi (Özbəkistan);
Afrika ekosistemindən “DELPHI LTD”;
Avstraliya ekosistemindən “MH INSPIRES PTY LTD”;
MENA ekosistemindən “LICORNE GULF” investisiya fondu (Qətər);
Avropa ekosistemindən “Deep Tech Foundry” (Malta), "The Brutally Honest" (Finlandiya), “BeHumbo” (Estoniya);
Türkiyə ekosistemindən Ostim Texniki Universiteti, Kapadokya Texnoparkı, Nigde Universiteti Texnoparkı və s. təşkilatlar tərəfdaşlıq edir.
“Enterprise Azerbaijan” portalı tərəfdaşlıq imkanlarını genişləndirmək məqsədilə yerli ekosistemin dövlət və özəl sektorundan olan aparıcı oyunçuları, eləcə də qlobal ekosistemdən “Enterprise Singapore”, “Gansu Science and Technology Development Promotion Centre” (Çin), “Khyber Pakhtunkhwa Board of Investment and Trade” (Pakistan), “New Mansoura University” (Misir), Efiopiya Dövlət Qulluğu Universitetinin Liderlik və Yaxşı İdarəçilik İnstitutu (Institute of Leadership and Good Governance of the Ethiopian Civil Service University), Alman Süni İntellekt Araşdırma Mərkəzi, Özbəkistan İT Park, “Astana HUB” və s. nüfuzlu akselerasiya və tədqiqat mərkəzləri ilə danışıqlar aparır.
“Startup School 4” layihəsinin yekun mərhələsi olan “Demo Day” tədbirinin 30-31 oktyabr 2026-cı il tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək “TEI Forum 2026” çərçivəsində təşkili nəzərdə tutulur.
“Startup School 4” proqramına startapların müraciəti 15 may 2026-cı il tarixlinə kimi davam edəcək. Startapçılar layihədə iştirak üçün https://startupschool.az/en/register linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.