Orta ümumtəhsil məktəblərində təhsil alan kiçik istehlakçılara öz hüquqları praktiki misallarla izah olunub və bu hüquqları necə qorumalı olduqlarına dair tövsiyələr verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 15 Mart – Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ərəfəsində kiçik istehlakçılarla görüşlər davam etdirilir. “İki sahil” xəbər verir ki, bu çərçivədə növbəti açıq dərslər Bakı şəhərində yerləşən 51, 166 və 167 nömrəli tam orta ümumtəhsil məktəblərinin şagirdləri üçün təşkil edilib.
Tədbirdə Agentliyin əməkdaşları tərəfindən təqdimatlar edilib, malın dəyişdirilməsi və qaytarılması zamanı əməl edilməli olan qaydalar, eləcə də dəyişdirilməli olmayan mallar barədə məlumat şagirdlərin diqqətinə çatdırılıb. Həmçinin kiçik istehlakçılara praktiki nümunələr əsasında mağazada mal alarkən və ya hər hansı xidmətdən istifadə edərkən məlumat almaq, sərbəst seçim etmək hüquqları izah olunub.
Açıq dərs zamanı məktəblilərin mövzu ilə bağlı sualları cavablandırılıb, onlara öz hüquqlarını necə qorumalı olduqlarına dair tövsiyələr verilib.
Cəbrayıl rayonunun Horovlu kəndində Novruz festivalı və sərgi-satış yarmarkası keçirilib
Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri üçün açıq dərs keçirilib