19 mart 2026 10:42
90

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb

2026-cı ilin yanvar-fevral aylarında qızıl istehsalı 15 faiz azalaraq 406,6 kiloqram təşkil edib.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, martın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 faiz azalaraq 140 kiloqram olub.

Hesabat dövrü ərzində gümüş istehsalı 12,3 faiz azalaraq 681,4 kiloqram təşkil edib.

Martın 1-i vəziyyətinə gümüş üzrə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 faiz azalaraq 522,7 kiloqram qeydə alınıb.