19 mart 2026 10:52
89

Azərbaycanda informasiya-rabitə xidmətlərinin ümumi dəyəri 6%-dən çox artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və rabitə (İKT) müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 608,6 milyon manat təşkil edib.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 % çoxdur.

Bu sahədə əldə edilmiş gəlirin 67,7 %-i əhali sektorunun payına düşüb.

Təkcə fevralda isə informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 292,5 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,3 % çoxdur.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 2024-cü illə müqayisədə 8,7 % artaraq 3 milyard 989 milyon manat olub.