İran Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) ABŞ-nin İran ərazisinə hücumlarına yardım etməkdə günahlandıraraq ondan təzminat tələb edir.
“İki sahil” xəbər verir ki, bu barədə İranın BMT-dəki səfiri Əmir Səid İrəvani BMT-nin Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda bildirib.
"BƏƏ-nin zərbələrin endirilməsi üçün öz ərazisindən istifadə edilməsinə icazə verməsi beynəlxalq hüququn pozulmasıdır. Dövlətlər buna görə məsuliyyət daşıyır. BƏƏ İrana dəymiş maddi və mənəvi ziyanı ödəməlidir", - məktubda deyilir.