19 mart 2026 11:59
100

Azərbaycan və Gürcüstan arasında ticarət 19% artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 176,5 milyon dollar təşkil edib.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 18,8% çoxdur.

Hesabat dövründə Azərbaycandan bu ölkəyə 158,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Azərbaycanın Gürcüstandan idxalının dəyəri isə 18,2 milyon dollar olub.