Məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi, sosial adaptasiya və reinteqrasiya istiqamətində fəaliyyətin səmərəli təşkili, onların bilik və bacarıqlarının artırılması, təhsil, sağlamlıq və tərbiyə prosesinin təkmilləşdirilməsi məqsədilə dövlət qurumları və qeyri-hökümət təşkilatları ilə mütəmadi olaraq uğurlu əməkdaşlıq həyata keçirilir.
“İki sahil” xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Azərbaycan Badminton Federasiyasının birgə əməkdaşlığı çərçivəsində 4 saylı cəzaçəkmə müəssisəsi və yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisədə növbəti dəfə badminton yarışları təşkil edilib. “İdman həyatdır” devizi altında keçirilən yarışlarda qadın və yeniyetmə məhkumlar birincilik uğrunda mübarizə aparıblar.
Qaliblər diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.