19 mart 2026 20:00
57

Qadın voleybolçuların Yüksək Liqasında ilkin mərhələnin son oyunu keçirilib.

Qadın voleybolçuların Yüksək Liqasında ilkin mərhələnin son oyunu keçirilib. “İki sahil” xəbər verir ki, bu gün XVIII turun son qarşılaşmasında “Abşeron” komandası “Gəncə”nin qonağı olub. Gəncə İdman Sarayında baş tutan matçda "Gəncə" klubu 3:2 hesabı ilə qalib gəlib. Bununla, komanda ümumi qələbələrinin sayını 8-ə çatdırıb. "Gəncə" və "Abşeron" klublarının qələbə sayı bərabərləşdiyindən daha çox xalı olan "Gəncə" bu mərhələni 4-cü yerdə başa vurur.
Beləliklə, qadınların Yüksək Liqasında 18 turun yekununda ilk 8 yeri tutan “Turan”, “DH Volley”, “Milli Aviasiya Akademiyası”, “Gəncə”, UNEC, “Abşeron”, “AZERRAIL”, “Murov Az Terminal” komandaları növbəti mərhələyə yüksəliblər.
Pley-off mərhələsində 1/4 və 1/2 finallar evdə və səfərdə olmaqla iki qarşılaşmadan ibarət olacaq. İki oyundan sonra komandaların qələbələri bərabər olarsa, qalibi müəyyən etmək üçün qızıl set oynanılacaq. Bürünc və qızıl medal uğrunda isə bir oyun olacaq.
Qeyd edək ki, pley-off mərhələsinin oyunları martın 27-də start götürəcək.
Pley-off mərhələsinin cütləri:
(1) “Turan” – (8) “Murov Az Terminal”
(2) “DH Volley” – (7) “AZERRAIL”
(3) “Milli Aviasiya Akademiya” – (6) “Abşeron”
(4) “Gəncə” – (5) UNEC

Qadın və kişi voleybolçuların Yüksək Liqalarında bu həftə keçirilən oyunların nəticələri
17 mart
Yüksək Liqa (kişilər)
XVIII tur  
“Neftçi” – “Gənclər” 3:0 (25:18, 25:14, 25:17)
 “ORDU” – “Murov Az Terminal” 3:2 (25:21, 20:25, 25:22, 23:25, 20:18)
Ünvan: FHN-nin idman zalı

17 mart
Yüksək Liqa (qadınlar)
XVIII tur  
 “Turan” – “Murov Az Terminal” 3:1 (25:13, 25:20, 21:25, 25:19)
Ünvan: Tovuz OİK

18 mart
Yüksək Liqa (kişilər)
XVIII tur  
“AZERRAIL” – “Xilasedici” 2:3 (15:25, 25:20, 24:26, 25:23, 10:15)
Ünvan: FHN-nin idman zalı

18 mart
Yüksək Liqa (qadınlar)
XVIII tur  (son tur)
 “Gənclər” – “AZERRAIL” 0:3 (15:25, 11:25, 13:25)
 “DH Volley” – “Milli Aviasiya Akademiyası” 3:1 (25:18, 22:25, 25:23, 25:18)
Ünvan: AVF-nin idman zalı

19 mart
Yüksək Liqa (qadınlar)
XVIII tur (son tur)
 “Gəncə” – “Abşeron” 3:2 (25:21, 23:25, 23:25, 25:18, 15:13)
Ünvan: Gəncə İdman Sarayı