21 mart 2026 08:38
109

Londonda Novruz bayramı təntənəli şəkildə qeyd olunub

Londonda Novruz bayramı böyük coşqu və təntənə ilə qeyd olunub.

“İki sahil” xəbər verir ki, tədbir Londonun “Queen Mary” Universitetində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin üzvləri Davud Cəbiyev və Fərhad Qaraisanın, həmçinin Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahovanın təşkilatçılığı ilə baş tutub.

Bayram tədbirində Böyük Britaniyada yaşayan azərbaycanlılar və tələbələr iştirak ediblər. Tədbirdə çıxış edən təşkilatçılar Novruzun qədim tarixi, onun yenilənmə, birlik və baharın gəlişi rəmzi kimi əhəmiyyəti barədə məlumat veriblər. Tədbirin bədii hissəsində beynəlxalq müsabiqələr laureatı və Prezident təqaüdçüsü Vüsalə Babayeva çıxış edərək Azərbaycan və dünya klassik musiqi nümunələrini ifa edib.

Bayram proqramı çərçivəsində Novruzun ənənəvi atributları olan səməni, şamlar və milli dekor elementləri nümayiş etdirilib, eyni zamanda azərbaycanlı rəssam və sənətkarların əl işlərindən ibarət sərgi təşkil olunub. Tədbirin sonunda iştirakçılara şəkərbura və paxlava təqdim olunub.