21 mart 2026 16:01
93

Orban: Brüssel Aİ vətəndaşlarına deyil, miqrantlara üstünlük verib

Macarıstanın Baş naziri Viktor Orban Brüsselin miqrasiya, iqtisadiyyat və Avropa İttifaqının (Aİ) prioritetləri məsələlərindəki siyasətini kəskin tənqid edib.

“İki sahil” xəbər verir ki, o bu barədə Budapeştdə keçirilən Mühafizəkar Siyasi Fəaliyyət üzrə Beynəlxalq Konfransda (CPAC) bildirib.

V.Orban qeyd edib ki, Aİ-nin son sammitində Qərbi Avropa liderləri Yaxın Şərqdəki münaqişə səbəbindən yeni miqrasiya dalğası olacağı təqdirdə sərhədlərin bağlanması ehtimalını mümkün hesab ediblər:

"Bəzi ölkələr bildirdilər ki, əgər yeni dalğa başlayarsa, eynilə on il əvvəl Macarıstanın etdiyi kimi, onlar da Aİ-nin qaydalarından asılı olmayaraq sərhədləri bağlayacaqlar".

Onun sözlərinə görə, baş verən proseslər son yüz ilin ən böyük transformasiyasıdır ki, onun episentri ABŞ-dir, Avropadakı "ön xətti" isə Macarıstandır.

Baş nazir Brüsseli öz siyasətində Aİ vətəndaşlarına deyil, miqrantlara üstünlük verməkdə günahlandırıb, bu da onun fikrincə, terrorizmin, cinayətkarlığın və iqtisadi qeyri-sabitliyin artmasına səbəb olub.