21 mart 2026 20:43
122

ABŞ və İsrailin hücumları nəticəsində İlamda 60 nəfər ölüb

ABŞ və İsrailin fevralın 28-də İrana hücumları başlayandan bəri İslam Respublikasının İlam vilayətində 60 nəfər həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə vilayət rəhbərliyinə istinadən "Tasnim" agentliyi məlumat yayıb.

"ABŞ-İsrail hücumları zamanı İlam vilayətinin 93 nöqtəsi hücuma məruz qalıb, 61 binaya ziyan dəyib",- məlumatda bildirilib.

Qeyd olunub ki, hücumların qurbanı olan 60 nəfər arasında hər yaş kateqoriyasına aid dinc sakin var.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-ın Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.