22 mart 2026 14:48
95

Bəhreyn indiyədək İrana məxsus 145 raketi və 246 PUA-nı zərərsizləşdirib

Bəhreynin hava hücumundan müdafiə sistemləri indiyədək ölkəni hədəf alan İrana məxsus 145 raketi və 246 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, bu məlumat Bəhreyn Müdafiə Qüvvələrinin Baş Komandanlığının bəyanatında əks olunub.

Bəyanatda, həmçinin qeyd edilib ki, mülki obyektlərin hədəfə alınması beynəlxalq humanitar hüququn və BMT nizamnaməsinin kobud şəkildə pozulmasıdır. Eyni zamanda, bu hərəkətlər regional sülhü və sabitliyi birbaşa təhdid edir.