ABŞ Ukraynaya kəşfiyyat məlumatları ilə dəstəyini davam etdirir və Avropalı tərəfdaşlarla birlikdə ölkəyə silah tədarükünü təmin edir.
“İki sahil” xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte “CBS News”a müsahibəsində bildirib. “ABŞ Ukrayna ilə bağlı yenidən həyati-əhəmiyyətli kəşfiyyat dəstəyi göstərir və Avropalılarla birlikdə silah tədarükünü təmin edir ki, bu da Ukraynanın Rusiyaya qarşı mübarizəsini davam etdirməsinə və Kiyevin lazım olan hər şeyə malik olmasına zəmanət verir”, - deyə Rütte qeyd edib. Rütte həmçinin bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə sülh sazişi bağlamaq istəyir.
Qeyd edək ki, martın 19-da Pentaqonun rəhbəri Pit Heqset bildirib ki, ABŞ ordusu öz sursatlarından Ukraynaya tədarük etmək əvəzinə, ilk növbədə öz ehtiyacları üçün istifadə etməlidir.