23 mart 2026 20:37
105

Tehranın Vaşinqtonla danışıqlar aparmır - İran parlamentinin sədri bildirib

İran ABŞ ilə heç bir danışıqlar aparmayıb.

“İki sahil” xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf "X" sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, Amerika lideri Donald Tramp danışıqlar barədə bəyanatları ilə neft qiymətlərini və maliyyə bazarlarını manipulyasiya etməyə çalışır.

"ABŞ ilə heç bir danışıqlar aparılmayıb, saxta xəbərlərdən isə maliyyə və neft bazarlarını manipulyasiya etmək, həmçinin ABŞ və İsrailin düşdüyü bataqlıqdan çıxmaq üçün istifadə olunur", - deyə Qalibaf bildirib.

Bundan əvvəl "The Jerusalem Post" qəzeti İran tərəfindən ABŞ ilə danışıqlara Qalibafın rəhbərlik etdiyini yazmışdı.