24 mart 2026 12:23
100

Omandakı vətəndaşlarımız sığınacaqlardan çıxa bilər - ABŞ səfirliyi

ABŞ-nin Omandakı səfirliyi təhlükəsizliklə bağlı vəziyətin nisbətən səngiməsi fonunda ölkədə olan amerikalılar üçün sığınacaqlarda qalmaqla bağlı tövsiyəni ləğv edib. Müvafiq məlumat diplomatik nümayəndəliyin rəsmi saytında yerləşdirilib.

“ABŞ-nin (Omanın paytaxtı) Məsqətdəki səfirliyi sığınacaqlarda qalmaq tövsiyəsini ləğv edib. Səfirlik əməkdaşlarının sərbəst hərəkəti Məsqətdəki diplomatik nümayəndəliyin binasından 50 km radiusla məhdudlaşdırılır”, – səfirlik bildirib.

Diplomatik nümayəndəlik qeyd edib ki, Omanın digər bölgələrində ABŞ vətəndaşları hələlik ehtiyat tədbirlərinə riayət etməli və yerli hakimiyyət orqanlarının tövsiyələrinə əməl etməlidirlər.