Beynəlxalq hüquq pozulub, BMT sistemi isə tarixinin ən ağır dövrünü yaşayır. Türkiyə ilə qonşu ölkələrdə eskalasiya artıb, nüvə obyektlərinin bombalanması isə bölgədə gərginliyi artırıb. Genişmiqyaslı enerji böhranı yaxınlaşır. Hərbi əməliyyatlar getdikcə gözlənilməz hala gəlir.
“İki sahil” xəbər verir ki, bu barədə Ankarada keçirilən Milliyyətçi Hərəkat Partiyasının (MHP) parlament fraksiyasının iclasında çıxış edən MHP sədri Dövlət Baxçalı bildirib. D.Baxçalı vurğulayıb ki, Ankara İslam ölkələrində münaqişələrə son qoyulmasının lehinə çıxış edir.
Türkiyənin siyasi qüvvələrindən birinin lideri hesab edir ki, Fars körfəzi ölkələrinin İranla bağlı münaqişəyə fəal şəkildə qoşulduğu təqdirdə, problem yalnız regionla məhdudlaşmayacaq, “bütün dünyaya dalğa şəklində yayılacaq”.
D.Baxçalı İspaniya hökumətinin İranla bağlı mövqeyini “nümunəvi” adlandıraraq bütün ölkələri “Madriddən nümunə götürməyə” çağırıb.
“Baş verənlər fonunda Türkiyənin birliyini və həmrəyliyini gücləndirmək indiyə qədər olduğundan daha vacibdir. Əminəm ki, Ankaranın bu gün tutduğu yol - qlobal proseslərin dərin təhlili, düşünülmüş hərəkətlər və ədalət prinsiplərinə sadiqliyin birləşməsi Türkiyəni supergücə çevirərək, bizi məqsədimizə gətirib çıxaracaq”, - deyə MHP lideri əminliyini ifadə edib.
Cənubi Koreya yanacaq qıtlığı ilə əlaqədar avtomobildən istifadəni məhdudlaşdırır
Qazaxıstan və Çin Trans-Xəzər nəqliyyat marşrutu üzrə konteyner xidmətlərini inkişaf etdirir