24 mart 2026 20:22
107

Ukraynanın qərb bölgəsinə dron hücumu edilib

Martın 24-ü axşam saatlarında Ukraynanın demək olar ki, bütün qərb bölgələri dronların hücumuna məruz qalıb. Lvova zərbələr endirilib, Ternopil, İvano-Frankovsk və Vinnitsada da partlayış səsləri eşidilib.

“İki sahil” xəbər verir ki, Lvov şəhər meri Andrey Sadovıyın məlumatına görə, Lvovda yaşayış binalarına zərbələr qeydə alınıb, bir dron şəhər mərkəzinə düşüb. Əsasən “Soborna” meydanındaki yaşayış binaları hücuma məruz qalıb, 13 mülki şəxs xəsarət alıb. UNESCO-nun irs siyahısında olan tarixi binaya ziyan dəyib.

İvano-Frankovsk, Ternopol və Vinnitsada da hava hücumundan müdafiə sistemi intensiv şəkildə işləyib.