24 mart 2026 23:31
95

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini bildirib

ABŞ prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini bildirib.

“İki sahil” xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb. "Mən əvvəlcədən mühakimə yürütmək istəmirəm, amma onlar heç vaxt nüvə silahına sahib olmayacaqları barədə razılığa gəliblər", - Tramp deyib.