25 mart 2026 13:59
87

Osimhen "Barselona"nın diqqət mərkəzində

"Barselona" yay transfer pəncərəsində ən azı 2 böyük keçid etmək üçün maliyyə resurslarını toplamağa çalışır.

“İki sahil” xəbər verir ki, bu haqda "Mundo Deportivo" məlumat yayıb.

Kataloniya təmsilçisi müdafiə və hücum xəttini gücləndirməkdə maraqlıdır.

Klub müdafiəçi kimi "İnter"dən Alessandro Bastonini nəzərdən keçirir. Hücumçulardan isə "Atletiko"nun futbolçusu Julian Alvarezi və "Qalatasaray"ın oyunçusu Viktor Osimhen ön plandadır.

Yerli media həmçinin "Barselona"nın təkcə hücumçunun transferi üçün 100 milyon avro büdcə ayıracağını bildirir.