25 mart 2026 21:14
110

İordaniya beş raketi və bir PUA-nı zərərsizləşdirib

İordaniyanın hava hücumundan müdafiə sistemləri ötən gün ölkəni hədəf alan İrana məxsus beş raketi və bir pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib. Bir raket hücumu hədəfə dəyib.

“İki sahil” xəbər verir ki, bu məlumat İordaniya Silahlı Qüvvələrinin bəyanatında yer alır.