26 mart 2026 14:20
95

Saxta spirtli içkilər aşkarlanıb, həbs olunanlar var -  İstanbulda əməliyyat

Türkiyənin İstanbul əyalətində saxta spirtli içkilərə qarşı bu il yanvarın 1-dən indiyədək keçirilən əməliyyat nəticəsində 28 168 litr etil və metil spirti müsadirə edilib, 32 şübhəli saxlanılıb, onların 7-si həbs olunub.

"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İstanbul Təhlükəsizlik Müdirliyi Qaçaqmalçılıq Cinayətlərilə Mübarizə Şöbəsi yayıb.

Bildirilib ki, İstanbulun Beylikdüzü, Arnavutköy, Böyükçəkməcə, Qaziosmanpaşa, Sultangazi, Bağcılar, Başakşehir, Şişli, Pendik, Maltepe, Esenyurt və Avcılar rayonlarında 19 əməliyyat həyata keçirilib.

Məlumata görə, axtarışlar zamanı 1845 şüşə saxta içki ilə distillə sistemində istifadə olunan 9 karbon filtrasiya cihazı da müsadirə edilib.