ABŞ nüvə sınaqlarının keçirilməsini bərpa etmək imkanına malik olmalıdır.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələri Strateji Komandanlığının rəhbəri admiral Riçard Korrel konqresdəki dinləmələrdə bildirib.
"Mən deyərdim ki, biz ehtiyac yarandıqda müəyyən növ sınaqları bərpa etmək imkanına, potensialına malik olmaq istərdik. Eyni zamanda, digər ölkələri hər hansı növ nüvə sınaqlarını bərpa etməkdən və keçirməkdən çəkindirmək niyyətindəyik", - o qeyd edib.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp bildirmişdi ki, Vaşinqton nüvə sınaqlarını bərpa edəcək. Amerika hökuməti iddia edir ki, bu qərar Rusiya və Çinin hərəkətlərinə cavab olaraq qəbul edilib.