26 mart 2026 22:36
106

FİFA futbolda yeni qaydaları açıqlayıb

FİFA futbolda bir sıra yeni qaydalar açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu qaydalar 2026-cı il dünya çempionatından etibarən tətbiq ediləcək.

Yeni qaydalara əsasən:

- Əgər əvəzedici oyunçu meydanı 10 saniyə ərzində tərk etməzsə, onu əvəz edən futbolçu meydana daxil olmazdan əvvəl bir dəqiqə gözləməli olacaq.
- Tibb heyəti tərəfindən müalicə olunan futbolçu bir dəqiqə ərzində meydandan kənarda qalmalı olacaq.
- VAR sisteminə ikinci sarı vərəqələr və mübahisəli künc zərbələri ilə bağlı epizodları nəzərdən keçirmək səlahiyyəti veriləcək.
- Oyunçular topun oyuna daxil edilməsi və ya qapıdan zərbə zamanı vaxt itirərsə, hakim beş saniyəlik geri sayım tətbiq edəcək.
- Qayda pozuntusu halında top rəqib komandaya veriləcək: yan xəttdən oyuna daxil etmə və ya künc zərbəsi ilə.